Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Ukrayna hərbçiləri Donetsk vilayətinin Avdiyivka şəhəri yaxınlığındakı Opıtne kəndinin bir hissəsini azad ediblər.
Sitat.info xəbər verir ki, Malyar Müdafiə Nazirliyinin Hərbi Mətbuat Mərkəzində canlı yayımda çıxışında Ukrayna ordusunun Avdiyivka istiqamətində uğur qazandığını bildirib.
Ukrayna əsgərlərinin Avdiyivka şəhəri yaxınlığındakı Opıtne kəndində irəliləyiş əldə etdiyini bildirən Malyar: "Müdafiə qüvvələrimiz bu qəsəbənin bir hissəsini azad etdi", - deyib.
Malyar bildirib ki, Ukrayna əsgərləri son bir həftədə Donetsk vilayətinin Novomayorske yaxınlığında qismən uğur qazanıb və tutduqları mövqelərdə məskunlaşıblar.
Seymur Bənnayev
Sitat.info