Zelenski: "Rusiya beynlxalq yardım missiyası işçilərinin avtomobilini vurub"

17:37 11 Sentyabr 2023

"Ukrayna prezidenti Vladimir Zelenski ötən gecə xalqa  müraciətində Ukraynanın son bir həftədə cəbhədə irəliləyiş əldə etdiyini bildirib.

Sitat.info xəbər verir ki, Zelenski ukraynalı döyüşçülərə təşəkkür edib.

O qeyd edib ki, Tavriya və Baxmut istiqamətində irəliləyiş var. Biz Kupyansk və Lyman istiqamətlərində, Avdiivka və Maryinkada mövqelərini  qoruyurlar: "Bunu mümkün edən bütün döyüşçülərə minnətdaram! Bizim döyüşçülərimizin sayəsində hər həftə təşəbbüs daim Ukraynanın əlində qalır".

Zelenski çıxışında Rusiyanın hücumlarına da yer verib. Zelenski Rusiyanın Kostiantnovka, Krivoy Roq, Sumi və Odessa bölgələrinə etdiyi hücumlardan sonra xilasetmə işlərində iştirak edən personala da təşəkkür edib və dünən Rusiyanın Donetsk bölgəsindəki Çasiv Yar yaxınlığındakı hücumda humanitar yardım işçilərinin maşınının hədəf alındığını bildirib. “Onlar birbaşa tank əleyhinə raket sistemi ilə vurulub”, - deyə Zelenski bildirib.

İndiyədək biz bilirik ki, kanadalı Entoni İqnat öldürülüb. Təəssüf ki, ispaniyalı Emma İgualın da öldürülməsi mümkündür. Ailələirinə başsağlığı verirəm. Digər iki könüllü – Almaniya vətəndaşı Mavik Ruben və İsveç vətəndaşı Yohan Matias Dnepr xəstəxanalarına çatdırılıb və onlara lazımi köməklik göstərilir. “Rusiyanın bu bombardmanı Ukraynaya qarşı müharibənin dünyada həqiqətən insan həyatına dəyər verən və terrorizmə son qoymağın və şərə qalib gəlməyin bəşəriyyətin ümumi mənəvi borcu olduğuna inanan hər kəsə nə qədər yaxın olduğunu bir daha təsdiqləyir”.



Xəbər xətti