“Bir kəmər - bir yol” layihəsi Türkiyəsiz həyata keçirilə bilməz" - Ərdoğan

17:55 11 Sentyabr 2023

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsi olmalıdır.

Sitat.info xəbər verir ki,  Ərdoğan G20 sammitinin keçirildiyi Hindistandan qayıdarkən  jurnalistlərə bu barədə danışıb. 

“Çin bu təşəbbüsün həyata keçirilməsində böyük irəliləyiş əldə edib və daha da irəliləməkdə davam edir. Amma biz də bu istiqamətdə  işləyirik. Məqsəd Marmaray (Boğazın altındakı tunelə) çatmaqdır. Türkiyəsiz bu nəqliyyat dəhlizi ola bilməz. Türkiyə əhəmiyyətli bir istehsal və ticarət bazasıdır. Şərqdən Qərbə ən əlverişli yol Türkiyə ərazisindən keçməlidir”.

Nərgiz,

Sitat.info

 



Xəbər xətti