İndoneziyanın Şimali Maluku bölgəsində 6 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, ABŞ Geoloji Xidməti (ABŞ GX) zəlzələnin episentrinin bölgədəki Ternate şəhərindən 38 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.
Yerin təxminən 162,5 kilometr dərinliyində meydana gəldiyi bildirilən 6 bal gücündə zəlzələdə ilkin təsbitlərə görə can və ya mal itkisi olmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Seymur Bənnayev
Sitat.info