Liviyada sel fəlakəti ilə əlaqədar 3 günlük matəm elan edilib

19:33 11 Sentyabr 2023

Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe ölkədə sel fəlakətində həyatını itirənlər üçün 3 günlük matəm elan edildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Dibeybe paytaxt Tripolidə keçirilən fövqəladə Nazirlər Şurasının iclasında ölkəyə mənfi təsir edən daşqınlarla bağlı danışıb.

Daşqından zərər çəkənlərə kömək etmək üçün lazımi tədbirləri davam etdirdiklərini bildirən Dibeybe bütün rəsmiləri və nazirləri şərq bölgələrindəki vəziyyəti nəzərdən keçirməyə çağırıb.

Dövlət qurum və təşkilatlarına lazım olan bütün imkanlardan istifadə etmələri ilə bağlı tapşırıqlar verdiyini deyən Dibeybe ölkədə 3 günlük matəm elan olunduğunu və bayraqların yarıya qədər endiriləcəyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti