Mərakeşdə baş verən zəlzələdə həyatını itirənlərin sayı 2 min 681-ə, yaralıların sayı isə 2 min 501-ə yüksəlib.
Sitat.info xəbər verir ki, Mərakeş Daxili İşlər Nazirliyi sentyabrın 8-nə keçən gecə baş vermiş zəlzələ ilə bağlı yenilənmiş məlumatı paylaşıb.
Nazirlik açıqlamasında, episentri Mərakeşin Əl-Huz bölgəsində olan 7 bal gücündə zəlzələdə ölənlərin sayının 2 min 681, yaralı sayının isə 2 min 501-ə yüksəldiyini açıqlayıb.
Seymur Bənnayev
Sitat.info