Ukrayna: Qara dənizdəki Boyko Qalaları üzərində nəzarəti bərpa etdik

21:16 11 Sentyabr 2023

Ukrayna Müdafiə Nazirliyi Krım sahillərində yerləşən Boyko Qalaları, təbii qaz və neft qazma platformalarına nəzarəti geri aldıqlarını açıqlayıb.

Sitat.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin (UMN) Kəşfiyyat Baş İdarəsindən verilən yazılı açıqlamada Qara dənizdəki Boyko Qalalarına nəzarəti təmin etmək üçün “unikal əməliyyat” aparıldığı bildirilib.

Əməliyyat nəticəsində Ukraynanın nəzarəti bərpa etdiyi bildirilən açıqlamada bu qurğuların Qara dənizdə Krım sahillərində yerləşən təbii qaz və neft qazma platformaları olduğu qeyd edilib.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti