ABŞ-a qarşı ən böyük terror aktı kimi tanınan 11 sentyabr 2001-ci il hücumunun qurbanları Nyu-Yorkda dağıdılmış “Əkiz qüllələr”in yerində salınan memorial parkda yad edilib.
Sitat.info xəbər verir ki, canlı yayımlanan və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin də qatıldığı mərasimdə həlak olanların yaxınları hücumda həyatını itirənlərin adlarını bir-bir oxuyub.
ABŞ dövlət himninin oxunduğu mərasimdə həyatını itirənlər bir dəqiqəlik sükutla yad edilib.
Seymur Bənnayev
Sitat.info