Liviyanın şərqində Mərkəzi Aralıq dənizində təsirli olan "Daniel" fırtınasının yaratdığı sel fəlakətində həyatını itirənlərin sayı 3 minə çatıb. Liviyanın baş naziri Dibeybe beynəlxalq yardıma çağırıb. Ölkədə 3 günlük matəm elan edilib.
Sitat.info xəbər verir ki, Yunanıstanda fəlakətə səbəb olan "Daniel" qasırğası Liviyaya da dağıntılara səbəb olub.
Ölkənin şərqindəki hökumətin səhiyyə naziri seldə ölənlərin sayının 3 minə çatdığını açıqlayıb. 7 min insan itkin düşüb.
Seymur Bənnayev
Sitat.info