Birləşmiş Ştatlar İranla razılaşdırılmış məhbus mübadiləsini həyata keçirmək üçün İranın Cənubi Koreyada saxladığı təxminən 6 milyard dollarlıq aktivinin istifadəsini sanksiyalardan azad edir.
Sitat.info xəbər verir ki, "Associated Press"in əldə etdiyi sənədlərə görə, ABŞ-ın dövlət katibi Antoni Blinken keçən həftə sanksiyalardan azad edilməsi sənədini imzalayıb.
İstisna çərçivəsində Cənubi Koreyada bloklanmış neft gəlirlərinin təxminən 6 milyard dolları ilə edilən əməliyyatlar ABŞ sanksiyalarından təsirlənməyəcək.
Sözügedən güzəştin İranda saxlanılan 5 ABŞ vətəndaşının azadlığa buraxılması müqabilində verildiyi bildirilib.
Seymur Bənnayev
Sitat.info