Ordumuzla bağlı yalan məlumat yayan şəxsə cəza verildi

15:17 12 Sentyabr 2023

Sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür.

Sitat.info xəbər verir ki, davam etdirilən tədbirlərlə Tiktok platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs – 1998-ci il təvəllüdlü Pərviz Vüqar oğlu İbrahimli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib.

Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

***

Ordu ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxsə cəza verilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə Pərviz İbrahimli barəsində 15 sutka inzibati tənbeh tədbiri tətbiq edilib.



Xəbər xətti