Bakıya və rayonlara leysan yağdı - Faktiki hava

18:37 12 Sentyabr 2023

Bakıda və rayonlarda leysan yağıb.

Sitat.info xəbər verir ki, sentyabrın 12-si saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Balakən, Şəki, Qax, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Biləsuvar, Yardımlı, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.

Daşkəsən, Göygöl, Balakən, Şəki, Qax, Göyçayda duman müşahidə olunub.

Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 26 dərəcəyədək, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.



Xəbər xətti