Çində sel və torpaq sürüşməsi: 7 nəfər ölüb, 3 nəfər itkin düşüb

19:47 12 Sentyabr 2023

Çinin Yulin şəhərində güclü yağışın səbəb olduğu sel və torpaq sürüşmələrində 7 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb. Quandun əyalətində seldən sonra bir fermada olan 75 timsahın sel suları tərəfindən yuyulduğu bildirilib və ətrafdakı insanlara evdən çıxmamaları barədə xəbərdarlıq edilib.

Sitat.info xəbər verir ki, ötən həftə Çini vuran “Haikui” qasırğası təsirini davam etdirir.

Quanqsi Çjuanq Muxtar Bölgəsində yerləşən Yulin şəhərində son 3 gündə təsirli olan şiddətli tufan sel və torpaq sürüşməsinə səbəb olub. Küçə və prospektlər su altında qalarkən, 115 yerdə sürüşmə baş verib.

Şəhərdə baş verən sel və torpaq sürüşmələrində 7 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti