Polşa Avropa Komissiyasını Ukraynadan 15 sentyabrda başa çatacaq taxıl idxalına qadağanın müddətini uzatmağa çağırıb və əks halda Varşava administrasiyasının milli səviyyədə qadağa tətbiq edəcəyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Polşa Nazirlər Şurası Ukraynadan bəzi məhsulların idxalına qarşı qabaqlayıcı tədbirlərin genişləndirilməsi üçün tədbirlərin görülməsi ilə bağlı İnkişaf və Texnologiya Nazirliyi tərəfindən təqdim edilmiş qərarı qəbul edib.
Baş nazirlikdən verilən yazılı açıqlamada hökumətin prioritetinin Polşa kənd təsərrüfatını qorumaq olduğu bildirilib.
Seymur Bənnayev
Sitat.info