Mərakeş ölkədə baş verən 7 bal gücündə zəlzələdən sonra Əlcəzairin "təcili humanitar yardım" təklifini rədd edib.
Sitat.info xəbər verir ki, Əlcəzair Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada deyilib: "Əlcəzair hökuməti Mərakeş Krallığından rəsmi cavab alıb və Əlcəzairin təklif etdiyi humanitar yardıma ehtiyacı olmadığını bildirib".
Açıqlamada, Əlcəzairin hər cür ehtiyacı qarşılamaq üçün humanitar yardım materialları ilə dolu üç təyyarəni saxladığı və Mərakeş Xarici İşlər Nazirliyinin baş direktorunun Əlcəzairin Kasablankadakı baş konsuluna "Ölkəsinin Əlcəzairin köməyinə ehtiyacı yoxdur" mesajını çatdırdığı ifadə edilib.
Seymur Bənnayev
Sitat.info