usiya Ukraynaya hücum etməzdən əvvəl Gürcüstandan yaraqlıları köçürməyi planlaşdırmırdı.
SİTAT.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Rusiyanın hücumundan sonra vəziyyət dəyişib. Belə ki, Rusiya Ukraynaya hücumu gücləndirmək üçün Gürcüstanın işğal olunmuş ərazilərindəki qüvvələrinin bir hissəsini hərbi əməliyyatlara cəlb etməyə başlayıb.
Britaniya kəşfiyyatının məlumatına görə, 1200-2000 rus yaraqlısı üç batalyon-taktiki qrupun bir hissəsidir.
“Rusiyanın bu addımı atacağı ehtimalı çox az idi, amma indi baş verənlər onun işğal zamanı gözlənilməz itkilərə məruz qaldığını göstərir”, - məlumatda deyilib.