ABŞ prezidenti Baydenə şok istintaq çağırışı!

23:22 12 Sentyabr 2023

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ailəsinin biznes əlaqələrinə görə ABŞ prezidenti Co Baydenə qarşı rəsmi impiçment təhqiqatına çağırıb.

Sitat.info xəbər verir ki, "CNN Türk" ekranlarında Makkartinin Baydenə qarşı impiçment təhqiqatı çağırışını dəyərləndirən "CNN Türk" Vaşinqton nümayəndəsi Yunus Paksoy deyib: "Addım Nümayəndələr Palatasının sədri tərəfindən atıldı. O, Baydenə qarşı impiçment araşdırmasına başlamaq üçün komitələrə göstəriş verdiyini söylədi. Rüşvətin oğlu vasitəsilə ortaqlarına ötürüldüyü iddiası var idi: "Bank hesabları ilə bağlı müraciət ediləcək. Biz Baydenin Amerika xalqına yalan danışdığını müəyyən etdik. Ciddi iddialara görə, Bayden ailəsinə, oğluna və iş ortaqlarına hökumət tərəfindən imtiyaz verildiyi deyilir. Bu, korrupsiya mədəniyyətinin mənzərəsidir. Qarşıdakı proses daha aktiv olacaq. İlk addım səsvermənin təqdim edilməsi olacaq. Respublikaçılar çoxluq təşkil edərsə, görünən odur ki,  çoxluq təşkil edir. O zaman  araşdırma başlayacaq. Bunu istəyənlərdən biri də Trampdır".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti