Danimarka Ukraynaya 5,8 milyard Danimarka kronu (833 milyon dollar) dəyərində hərbi yardım edəcək.
Sitat.info xəbər verir ki, Müdafiə Nazirliyi Rusiya ilə müharibədə Ukraynaya yeni hərbi dəstək paketini açıqlayıb.
Sözügedən paketə tanklar, piyada hücum maşınları, tank sursatları və zenit silahları daxil olacaq.
Dəyəri 833 milyon dollar olan paketin 2023, 2024 və 2025-ci illərdə üç hissədə çatdırılması gözlənilir.
Bu paket 2022-ci ilin fevralında Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri Danimarkanın Ukraynaya verdiyi ən böyük yardım kimi qeydə alınıb.
Qeyd edək ki, ötən həftə Danimarka Avropa İttifaqının Hərbi Yardım Missiyası (EUMAM Ukraine) çərçivəsində Ukraynaya 10 ədəd “Leopard 1A5” tankı göndərib.
Seymur Bənnayev
Sitat.info