ABŞ İrana qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib

12:42 13 Sentyabr 2023

Məhsa Əmininin ölümünün birinci ildönümü yaxınlaşdığı bir vaxtda ABŞ Nümayəndələr Palatası İrana silah idxalı və ixracını insan haqlarının pozulması səbəbilə məhdudlaşdıran qanun layihəsini qəbul edib.

Sitat.info xəbər verir ki, qanun layihəsi Nümayəndələr Palatasının lehinə 410 səslə, 3 əleyhinə səslə qəbul edilib.

İrana silah idxalı və ixracını məhdudlaşdıran qanun layihəsi raket və pilotsuz təyyarələrin istehsalı və ixracı ilə məşğul olan məmurları hədəf alır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti