Çinin Müdafiə Nazirindən xəbər yoxdur: 15 gündür itkin düşüb

12:47 13 Sentyabr 2023

Çində keçmiş xarici işlər nazirindən sonra bu dəfə müdafiə nazirindən xəbər yoxdur. Çinin naziri Li Şanfu 15 gündür itkin düşüb. Pekin sonuncu dəfə avqustun 29-da forumda çıxış edən nazir haqqında heç bir açıqlama vermir. 

Sitat.info xəbər verir ki, ölkə mətbuatı bu suala cavab axtarır. Li sonuncu dəfə avqustun 29-da Pekində keçirilən forumda çıxış edib.

Çinli nazir bundan sonra heç bir tədbirə qatılmayıb və ictimaiyyət arasında görünməyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti