Aİ-də yaşayan ukraynalı qaçqınların müdafiəsi gündəmdə - Ursula fon der Leyen açıqladı

13:16 13 Sentyabr 2023

Avropa Komissiyası Rusiyanın genişmiqyaslı işğalı səbəbindən 4 milyon ukraynalının sığındığı Aİ-də ukraynalı qaçqınların müvəqqəti müdafiəsinin uzadılmasını təklif edəcək.

Sitat.info xarici mediaya istinadən  xəbər verir ki, bu sözləri Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentinə illik müraciəti zamanı Ukraynaya dəstəyin davam edəcəyini qeyd edərkən deyib. 

"Avropa Komissiyası Aİ-də ukraynalılar üçün müvəqqəti müdafiəmizin uzadılmasını təklif edəcək. Ukraynaya dəstəyimiz davam edəcək. Təkcə bu il biz maaş və pensiyaların ödənilməsi üçün 12 milyard ayırdıq. Biz Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün sursat istehsalını artırırıq. Lazım olana qədər biz hər addımda Ukraynanın yanında olacağıq”- Ursula fon der Leyen bildirib.

Ayna,

Sitat.info



Xəbər xətti