İranın müdafiə naziri regionda müharibə ehtimalını istisna edir.
Sitat.info İRNA-ya istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin müdafiə və dəstək naziri, briqada generalı Məhəmməd Rza Aştiani bu haqda danışıb.
O bildirib ki, regionda müharibə olmayacaq və İslam Respublikasının geosiyasi məsələlərdə mövqeyi bəllidir.
Azərbaycan və Ermənistan arasında yaranmış gərginliyi şərh edərkən Aştiani bu sözləri deyib: "Biz regionda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcəyik və bunu hamı bilir".
Qafqazda baş verən hadisələrə işarə edən briqada generalı, “Hadisələrin hazırkı gedişatı göstərir ki, xüsusi bir şey olmayacaq” -deyə əlavə edib.
Nərgiz,
Sitat.info