NATO hazırda blokun Ermənistan hesabına genişləndirilməsi imkanını nəzərdən keçirmir və İrəvanın özü də təşkilata üzv olmaq üçün müraciət etməyib.
Sitat.info xəbər verir ki, bu barədə “İzvestiya”ya Şimali Atlantika Alyansı məlumat verib.
“Cənab Fehlingerin NATO ilə rəsmi əlaqəsi yoxdur. O, NATO əməkdaşı deyil, onun fikirləri yalnız onun özünə məxsusdur və alyansın fikirlərini əks etdirmir. “NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsi” adına baxmayaraq, alyansın komitəsi və ya orqanı deyil”.
O, həmçinin vurğulayıb ki, alyansın tərəfdaşları NATO ilə münasibətlərinin səviyyəsini özləri müəyyən etməlidirlər: “Ermənistandan alyansa qoşulmaq üçün rəsmi müraciət olmayıb. Hərbi bloka qoşulmağa can atmayan digər tərəfdaş ölkələrlə uzunmüddətli əməkdaşlığı nəzərə alsaq, bu, bizim nöqteyi-nəzərimizdən problem deyil”, - alyansdan bildirilib.
Nərgiz,
Sitat.info