İran KİV: Ordu şimal-qərb sərhədinə qoşun yeridir

15:58 13 Sentyabr 2023

İran İnqilabı Keşikçiləri Korpusu ölkənin şimal-qərbindəki İraq sərhədinə hərbi yüklər yığıb.

Sitat.info xəbər verir, İran İnqilab Keşikçiləri Ordusuna yaxınlığı ilə tanınan Təsnim Xəbər Agentliyi İraq Kürd Regional Rəhbərliyinin (KRR) sərhədinin yerləşdiyi bölgəyə hərbi daşınmanın görüntüsünü dərc edib.

Videoda bölgəyə tanklar və uzaqmənzilli artilleriya göndərildiyi görünür.

Xəbərdə İraq sərhədlərinə hərbi texnikanın İran əleyhinə olan təşkilatların tərksilah edilməsinə dair Bağdad və Tehran arasında imzalanan razılaşmanın yekun tarixi olan 19 sentyabr ərəfəsində aparıldığı bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti