Fələstin Liviyaya axtarış-xilasetmə qrupu göndərib

16:04 13 Sentyabr 2023

Fələstin böyük seldən əziyyət çəkən Liviyaya axtarış-xilasetmə qrupu göndərib.

Sitat.info xəbər verir ki, Fələstin xarici işlər nazirinin müavini Əhməd əd-Dik Fələstini tərk etməzdən əvvəl yardım qrupu ilə görüşüb.

Dik orada etdiyi çıxışında Liviyaya gedəcək Səhiyyə Nazirliyinə bağlı mülki müdafiə qrupunun 37 nəfərdən ibarət olduğunu bildirib.

Mülki Müdafiə Birliyinin rəsmilərindən Avde Yunus bildirib ki, Fələstin prezidenti Mahmud Abbasın göstərişi ilə hazırlanan komanda əvvəlcə İordaniyaya, oradan da Liviyaya gedəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti