AP-də deputatların sayı artıb

17:57 13 Sentyabr 2023

Avropa Parlamentində yerlərin sayı 705-dən 720-yə qaldırılıb.

Sitat.info xəbər verir ki, Avropa Parlamentinin (AP) Baş Assambleyasında keçirilən səsvermədə Avropa İttifaqı Şurasının 2019-cu ildəki son seçkidən sonra demoqrafik dəyişikliklərə görə AP-dəki millət vəkillərinin sayını 705-dən 720-yə çatdırmaq qərarı qəbul edilib.

Müvafiq olaraq, Aİ-nin 27 ölkəsindən 12-nin deputatlarının sayı artırılıb.

Fransa, İspaniya və Hollandiyanın hər birindən əlavə iki nəfər, Avstriya, Belçika, Polşa, Sloveniya, Slovakiya, Finlandiya, Latviya, İrlandiya və Danimarkanın isə hər biri AP-yə bir deputat göndərəcək.

Qeyd edək ki, AP-nin 5 illik səlahiyyət müddəti üçün seçkilər 6-9 iyun 2024-cü il tarixlərində keçiriləcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti