Rus general həbs olundu - Ukraynadakı müharibəyə görə

14:07 1 Aprel 2022

Rusiya Milli Qvardiyası direktorunun birinci müavini, general-mayor Roman Qavrilov işdən çıxarılıb və həbs olunub.

Milli.az-a istinadla xəbər verir ki, R.Qavrilov Rusiya Milli Qvardiyasının (RMQ) xüsusi təyinatlı qüvvələrinə rəhbərlik edirdi.

İlkin məlumatlara görə, R.Qavrilovun cəzalandırılmasının səbəbi RMQ xüsusi təyinatlılarının Ukraynadakı hərbi əməliyyatlarda "qənaətbəxş olmayan" fəaliyyətidir.

RMQ-nın rəsmi saytında R.Qavrilov barədə məlumatlar yığışdırılıb.



Xəbər xətti