Laçında ekskavator tank əleyhinə minaya düşdü

18:40 13 Sentyabr 2023

Laçında ekskavator tank əleyhinə minaya düşüb.

Sitat.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı məlumat verib.

Məlumata görə, bu gün saat 16 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.



Xəbər xətti