Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 56-ya yüksəlib.
Sitat.info xəbər verir ki, Vyetnam polisi bu gün Khuong Ha küçəsindəki yaşayış binasında başlayan yanğında 56 nəfərin öldüyünü, 37 nəfərin yaralandığını açıqlayıb.
Bildirilib ki, təxminən 150 nəfərin yaşadığı yaşayış binasında həyatını itirən 56 nəfərdən 39-nun şəxsiyyəti müəyyən edilib.
Digər tərəfdən, polis bina sahibinin yanğın təhlükəsizliyi qaydalarını pozub-pozmadığını araşdırır.
Seymur Bənnayev
Sitat.info