Paşinyan: Artıq bizi müdafiə etməsi üçün Rusiyaya arxalana bilmərik

21:31 13 Sentyabr 2023

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, onları müdafiə etmək üçün artıq Rusiyaya arxalana bilməzlər.

Sitat.info xəbər verir ki, Paşinyan “Politico”ya müsahibəsində bildirib ki, Qarabağdakı rus sülhməramlıları öz vəzifələrini yerinə yetirə bilməyiblər.

Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyanın imkanlarının dəyişdiyini iddia edən Paşinyan Moskva administrasiyasının Azərbaycanı və onun yaxın müttəfiqi Türkiyəni özündən uzaqlaşdırmaqdan qorxduğunu əsaslandırıb.

Paşinyan deyib: "Belə olan halda bizim strategiyamız başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır. Biz müstəqil ölkəyə, suveren ölkəyə sahib olmaq istəyirik, lakin münaqişələrin mərkəzinə düşməmək üçün yollar tapmalıyıq. Qərblə Şərq, Şimal və Cənub arasında Ermənistanın "proksi"yə çevrilməsi kimi vəziyyət ola bilməz. Buna yol vermək olmaz".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti