Kim Çen İn Putini Şimali Koreyaya dəvət etdi

09:59 14 Sentyabr 2023

Kim Çen İn Rusiya Prezidenti Vladimir Putini Şimali Koreyaya səfərə dəvət edib.

Sitat.info xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Qəbuldan sonra yoldaş Kim Çen İn Prezident Putini onun üçün ən uyğun zamanda Koreya Xalq Demokratik Respublikasına səfərə dəvət edib. Prezident dəvəti məmnuniyyətlə qəbul edib və Rusiya-Koreya dostluğunun tarixini və ənənələrini daim davam etdirməyə hazır olduğunu bir daha bildirib”, - məlumatda qeyd olunub.



Xəbər xətti