ABŞ Dövlət Departamenti Cənubi Koreyaya təxminən 5,06 milyard dollar dəyərində "F-35A" tipli döyüş təyyarələri və müxtəlif hərbi texnikanın satışını təsdiqləyib.
Sitat.info xəbər verir ki, Pentaqonun Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyindən (DSCA) verilən yazılı açıqlamada, ABŞ Dövlət Departamentinin Cənubi Koreyaya təxminən 5.06 milyard dollar dəyərində sursat, dəstək avadanlığı və personal təlimi də daxil olmaqla 25 ədəd "F-35A" tipli döyüş təyyarəsi və 26 ədəd "F-135A-PW-100" mühərriki satılmasını təsdiqlədiyini bildirilib.
Açıqlamada satışın təsdiqlənməsi ilə bağlı ABŞ Konqresinə bildiriş göndərildiyi qeyd edilib.
Seymur Bənnayev
Sitat.info