Lukaşenko Rusiyaya gedir...

15:09 14 Sentyabr 2023

Belarus prezidenti Aleksandr Lukaşenko rəsmi görüşlər üçün Rusiyaya gedir.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Rəyasət Heyətindən verilən açıqlamada deyilir.

"Səfərin əsas hissəsini sentyabrın 15-də Rusiya Prezidenti Vladimir Putinlə görüşlər təşkil edəcək. Dövlət başçılarının görüşü əvvəlcədən qrafikə uyğun olaraq planlaşdırılıb. Danışıqların əsas mövzuları beynəlxalq gündəm və regional məsələlər olacaq. Bundan başqa, iqtisadiyyatda, xüsusilə sənaye, kənd təsərrüfatı və digər sektorlarda ümumi vəzifələr müzakirə olunacaq”.

Nərgiz,

Sitat.info



Xəbər xətti