İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı 2 fələstinlini yaralayıb, 15 nəfəri nəzarətə götürüb.
Sitat.info xəbər verir ki, işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Nablusda yerli rəsmilərdən alınan məlumata görə, İsrail qüvvələri Belde Beyt Qaçqınlar Düşərgəsinə basqın edib.
Bölgə sakinləri ilə İsrail qüvvələri arasında baş verən hadisələrdə 2 fələstinli real güllələrdən yaralanıb, onlarla insan isə atılan qazdan zərər çəkib.
Seymur Bənnayev
Sitat.info