İranla İsrail arasında gərginlik alovlanır: Sui-qəsd təhdidləri yağır...

15:20 14 Sentyabr 2023

İsrail Xarici Kəşfiyyat Xidməti Mossadın rəhbəri David Barneanın açıqlamalarının İranda yaratdığı əks-səda davam edir.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, İran Tel-Əviv administrasiyasına İsrailin xarici kəşfiyyat agentliyi olan Mossad tərəfindən Tehranda ölkənin ən yüksək rütbəli məmurlarına qarşı sui-qəsd təhdidlərinə görə xəbərdarlıq edib.

İranın xəbər agentliyi Tasnim-in məlumatına görə, İnqilab Keşikçiləri Ordusunun baş komandanı, general-mayor Hüseyn Səlami Tehranda keçirilən tədbirdə çıxış edərək, "Sionistlər yenicə mənasız bəyanatlar verməyə başlayıblar. Bizi sui-qəsdlə hədələyirlər. Ona görə də onlara deyirəm ki, əvvəlki sui-qəsdlər sizi daha təhlükəsiz edirsə, davam edin”. 
Mossad-ın təhdidləri ilə bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də İsrailin “özünün qeyri-qanuni məqsədlərinə çatmaq üçün terror aktlarına əl atma rekordu olduğunu” deyib və İranın İsrail hökumətinin “axmaq” təşəbbüslərinə qətiyyətlə cavab verməkdən çəkinməyəcəyini bildirib. 

İsrailin xarici kəşfiyyat xidmətinin rəhbəri David Barnea bildirib ki, onlar dünya üzrə 20-dən çox yəhudini vurmağa cəhd edənləri tapmaq üçün “Tehranın ürəyinə” hücum etməyə hazırdırlar.

Sentyabrın 10-da etdiyi çıxışda Barnea İranı İsrail vətəndaşlarını hədəf alan beynəlxalq “terror” kampaniyasını gücləndirməkdə günahlandırıb və hədələyib: "Terrorçuluqda əməkdaşlıq etdiklərinizdən tutmuş, İranın dərinliklərində və hətta Tehranda ən yüksək rütbələrə qədər, hər kəs bunun bədəlini ödəməli olacaq". 

Məğrur,

Sitat.info



Xəbər xətti