Qarabağda davam edən gərginlikdən narahatıq - Moskva

16:17 14 Sentyabr 2023

Moskva “Dağlıq Qarabağ”da davam edən gərginlikdən narahatdır.

Sitat.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bəzi sahələrdə gərginliyin səngiməməsindən, hətta artmağa meyilli olmasından narahatıq. Buna baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Biz həm İrəvan, həm də Bakı ilə əlaqələrimizi davam etdiririk. Hər iki tərəfi təmkin göstərməyə və iki il əvvəl imzalanmış üçtərəfli sənədlər əsasında hərəkət etməyə çağırırıq. Əlbəttə ki, bu o vaxtdan bəri ortaya çıxan yeni reallıqlar nəzərə alınaraq edilməlidir”, - Peskov bildirib.



Xəbər xətti