Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, Liviyada seldən zərər çəkən bölgədə 1,5 milyondan çox insan yaşayır. Ghebreyesus, təbii fəlakətlə mübarizə üçün fövqəladə hallar fondundan 2 milyon dollar ayrıldığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Ghebreyesus ÜST-nin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib.
Sentyabrın 10-da Liviyanın şərqində "Daniel" qasırğasının baş verdiyini xatırladan Qebreyesus bunun güclü külək, güclü yağış, iki bəndin uçması və dağıdıcı sellərə səbəb olduğunu bildirib.
Seymur Bənnayev
Sitat.info