Avropa İttifaqından "iPhone 12" açıqlaması

19:44 14 Sentyabr 2023

Avropa İttifaqı (Aİ) Komissiyası Fransanın "iPhone 12" satış qadağası qərarı haqqında Komissiyaya və üzv ölkələrə məlumat verdiyini və üzv ölkələrin bu məhdudiyyəti nəzərdən keçirmək üçün 3 ay müddətinin olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Aİ Komissiyasının sözçüsü Sonya Qospodinova Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Fransanın "Apple iPhone 12" modelinin satışını dayandırma qərarı ilə bağlı Aİ-də həyata keçiriləcək proseslə bağlı açıqlamalar verib.

"Dünən Fransa rəsmiləri Komissiyaya və digər üzv dövlətlərə Fransada "iPhone 12" satışını məhdudlaşdırmaq üçün gördükləri tədbirlər barədə məlumat verdilər", - O deyib.

Qospodinova və əlavə edib ki, bu bildiriş Aİ-nin radio avadanlıqları cihazları ilə bağlı direktivində göstərilib və etibarlıdır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti