Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı dünya reallıqlarını və Rusiyanın əsas qanuni maraqlarını nəzərə alan istənilən ciddi təklifi nəzərdən keçirməyə hazır olduqlarını bildirib.
Sitat.info xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Myanmanın xarici işlər naziri Than Sve ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışıb.
Asiya-Sakit Okean regionunda tendensiyanın çox da müsbət olmadığını bildirən Lavrov deyib: “Myanma ilə birlikdə regionda bütün dövlətlərin davamlı inkişafını təmin edə biləcək əhatəli, effektiv, etibarlı təhlükəsizlik arxitekturasının yaradılmasının zəruriliyini bir daha bəyan edirik".
Seymur Bənnayev
Sitat.info