Birləşmiş Millətlər Təşkilatı dağıdıcı daşqınların baş verdiyi Liviyaya təcili yardım fondu üçün 10 milyon dollar ayırdığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Katibinin Humanitar Məsələlər və Təcili Yardım Koordinatoru Martin Griffiths, verdiyi yazılı açıqlamada, Liviyanın şərqində baş verən sel fəlakətinin miqyasının sarsıdıcı və acınacaqlı olduğunu qeyd edib.
Griffiths: "Bütün məhəllələr (selin baş verdiyi ərazidə) xəritədən silinib. Minlərlə insan öldü, on minlərlə insan indi evsiz qalıb və daha bir çoxunun taleyi məlum deyil", - deyib.
Seymur Bənnayev
Sitat.info