Prezident Ərdoğan gənclərlə görüşüb. Ərdoğan gənclərin əzmkarlığı ilə Türkiyəni yaşanmaz hala gətirməyə çalışanların yalanlarını ifşa edəcəklərini bildirib. Prezident Ərdoğan deyib: "Biz Türkiyədə böyük səs çoxluğu ilə gənclərin bir nömrəli partiyasıyıq. Gənclərimizin əksəriyyətinin qərarı bəllidir".
Sitat.info xəbər verir ki, Prezident Ərdoğan Prezident Külliyəsində təşkil edilən “Gənclik Toplantısı” proqramında çıxış edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından diqqət çəkən məqamlar belədir:
"Biz gənclərimizə heç vaxt deməmişik ki, “siz də nümunə götürəcəksiniz”, “belə davranacaqsınız”. Biz gənclərimizə həyatın hər sahəsində dəstək olmağa çalışırdıq. Bu səbəbdən biz təhsili prioritetlərimizin zirvəsinə qoymuşuq. Ədirnədən Şəmdinliyə, Mərsindən Rizəyə, şimaldan cənuba, şərqdən qərbə ölkəmizin hər bir guşəsini təmsil edən gənclərimizlə bu gün buradayıq".
Seymur Bənnayev
Sitat.info