Almaniya Qarabağdakı qondarma seçkiləri tanımadığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu haqda bildirilib.
"Almaniya hökuməti Qarabağın müstəqilliyini və orada keçirilən qondarma seçkiləri tanımır. Almaniya Avropa İttifaqı ilə birlikdə Ermənistan və Azərbaycan arasındakı münaqişənin daimi həlli üçün səylər göstərir" - bəyanatda qeyd edilir.
Bəyanatda Almaniya hökumətinin bu ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü qəbul etdiyi bildirilib.
Nərgiz,
Sitat.info