Qlobal iqlim dəyişikliyinin təsirləri təbiətin hər yerində özünü hiss etməkdə davam edir.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, son ölçmələrdə Qara dənizdə suyun istiliyinin 4 dərəcə artdığı müəyyən edilib: "Bu vəziyyətin dəniz biomüxtəlifliyinə də təsir edəcəyi düşünülür. Bu barədə professor Ərtoğrul Ağırbaş məlumat verib.
Rəcəb Tayyib Ərdoğan Universitetinin alimləri Qara dənizdə səth sularının temperaturunu ölçüblər. Avqust ayında orta hesabla 24 dərəcə Selsi olan dəniz suyunun temperaturunun 4 dərəcə artaraq 28 dərəcəyə çatdığı müəyyən edilib. Bu, son illərin ən yüksək göstəricisidir. Təbii ki, bu vəziyyət dəniz həyatını da dəyişir.
Rəcəb Tayyib Ərdoğan Universiteti Müəllim Prof. Dr. Ərtoğrul Ağırbaş deyir: " Dəniz suyunun temperaturunun artması təəssüf ki, biomüxtəlifliyə təsir göstərir. Ovçuluq potensialı var, amma balıqçılarla danışırıq, təəssüf ki, çox tutmaq olmur. Səbəb dəniz suyunun temperaturunun artmasıdır".
Ayna,
Sitat.info