Şahzadə Diananın sviteri satışa çıxarılıb: Bu qiymətə

03:34 15 Sentyabr 2023

Şahzadə Diananın məşhur qoyun sviteri hərracda 1,14 milyon dollara satılıb.

Sitat.info xəbər verir ki, Şahzadə Diananın ağ qoyunlar arasında tək qara qoyunun yer aldığı məşhur sviteri 31 avqustda Nyu-Yorkda Sotheby's Hərrac Evi tərəfindən 50 mindən 80 min dollara qədər satış qiyməti ilə hərraca çıxarılıb və 1,14 milyon dollara satılıb.

Təkliflərin onlayn yerləşdirildiyi hərracın qalibinin kimliyi açıqlanmayıb.

Mart ayında çardaqda tapılan sviter, son illərdə hərracda satılan Şahzadə Diana ilə əlaqəli bir çox digər əşyalardan daha yüksək qiymətə alınıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti