Küveyt Qızıl Aypara Cəmiyyəti: Dərnada vəziyyət təsvirolunmaz dərəcədə pisdir

03:37 15 Sentyabr 2023

Liviyaya gedən Küveyt Qızıl Aypara komandası Daniel Fırtınasının vurduğu Dərna şəhərində vəziyyətin "tərif edilməyəcək qədər" pis olduğunu bildirib və liviyalılara köməyə çağırıb.

Sitat.info xəbər verir ki, Dərna vadidəki coğrafi quruluşu və yağış suyunu saxlayan 2 bəndin dağılması səbəbindən Daniel fırtınasından ən çox təsirlənən şəhərlərdən biridir.

Dərnaya gedən Küveyt Qızıl Aypara komandasının rəhbəri Musaid əl-Ənzi Küveytin KUNA xəbər agentliyinə verdiyi açıqlamada deyib: "Küveyt Qızıl Aypara komandası şəhərdəki dağıntıların miqyasını gördü. Vəziyyət faciəvi və təsvir olunmayacaq qədər pisdir".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti