Ordunun son iki həftədə Nigeriyanın şimal-şərqində keçirdiyi əməliyyatlarda terror təşkilatı Boko Haramın 151 üzvü zərərsizləşdirilib.
Sitat.info xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba həftəlik mətbuat konfransında bildirib ki, ordu son iki həftə ərzində ölkənin şimal-şərqində Adamava, Borno və Yobe əyalətlərində Boko Harama qarşı əməliyyatlar keçirib.
Buba əməliyyatlarda 151 terrorçunun öldürüldüyünü, onlarla terrorçunun isə yaralanaraq qaçdığını qeyd edib.
Seymur Bənnayev
Sitat.info