Vitse-spiker Adil Əliyev Nərimanovda yüksək bal toplayan gənclərlə görüşüb

11:30 15 Sentyabr 2023

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul imtahanlarında yüksək bal toplamış Nərimanov rayon sakinləri ilə görüşüb.

Sitat.info xəbər verir ki, görüş zamanı tələbələri təbrik edən Sədr müavini ölkəmizdə təhsilə verilən yüksək qiymətdən söz acaraq, gənclərimizin elm olimpiadalarının qalibi olmasından, təhsildə göstərdikləri yüksək nailiyyətlərdən bəhs edərək, bu uğurların Prezident İlham Əliyevin gənclər və təhsil sahəsinə ayırdığı yüksək diqqətin nəticəsi olduğunu qeyd etmişdir.

Gənclərin xaricdə təhsili üzrə 2007-2015-ci illərdə qəbul olunmuş Dövlət Proqramından söz açan sədr müavini bu proqramın mahiyyətindən, məzunların bu gün müxtəlif sferalarda qazandıqları uğurlar barədə məlumat vermişdir.

Daha sonra dövlət başçısı tərəfindən qəbul edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün” Dövlət Proqramlarından bəhs edən sədr müavini, Azərbaycan vətəndaşlarının dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində dövlət hesabına təhsil almasından,  müasir elm, bilik və texnologiyalara yiyələnməsinin vacibliyindən bəhs etmişdir.

Həm ölkəmizdə, həm də xaricdə təhsil alan tələbələr üçün təsis edilmiş təqaüdlərdən bəhs edərək, ölkəmizdəki ali təhsil mühitindən, Universitetlərdə müasir infrasturkturların qurulmasından, laboratoriyaların yaradılmasından, eləcə də müəllim və professor heyətinin qazandıqları nailiyyətlərdən bəhs etmişdir.

Gənclərin layiqli vətəndaş kimi yetişmələrində təhsillə bərabər, milli-mənəvi dəyərlərin vacib olmasını qeyd edərək, beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil etmək və həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq kimi vacib missiyaların məhz gənclərin üzərinə düşməsini qeyd etmişdir. Bugünkü Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində üzərinə düşən tarixi vəzifədən bəhs edən sədr müavini, eləcə də qalib Azərbaycan gəncinin hər zaman dövlətinə, xalqına bağlılığını qeyd edərək, gələcək təhsil həyatında gənclərə uğurlar arzu etmişdir.

Sonda yüksək bal toplamış gənclərə təhsil müddətlərində rahat istifadə etməkləri üçün planşetlər və digər qiymətli hədiyyələr verilmişdir.

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul imtahanlarında yüksək bal toplamış Nərimanov rayon sakinləri ilə görüşüb. Görüş zamanı tələbələri təbrik edən Sədr müavini ölkəmizdə təhsilə verilən yüksək qiymətdən söz acaraq, gənclərimizin elm olimpiadalarının qalibi olmasından, təhsildə göstərdikləri yüksək nailiyyətlərdən bəhs edərək, bu uğurların Prezident İlham Əliyevin gənclər və təhsil sahəsinə ayırdığı yüksək diqqətin nəticəsi olduğunu qeyd etmişdir.

Gənclərin xaricdə təhsili üzrə 2007-2015-ci illərdə qəbul olunmuş Dövlət Proqramından söz açan sədr müavini bu proqramın mahiyyətindən, məzunların bu gün müxtəlif sferalarda qazandıqları uğurlar barədə məlumat vermişdir. Daha sonra dövlət başçısı tərəfindən qəbul edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün” Dövlət Proqramlarından bəhs edən sədr müavini, Azərbaycan vətəndaşlarının dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində dövlət hesabına təhsil almasından,  müasir elm, bilik və texnologiyalara yiyələnməsinin vacibliyindən bəhs etmişdir.

Həm ölkəmizdə, həm də xaricdə təhsil alan tələbələr üçün təsis edilmiş təqaüdlərdən bəhs edərək, ölkəmizdəki ali təhsil mühitindən, Universitetlərdə müasir infrasturkturların qurulmasından, laboratoriyaların yaradılmasından, eləcə də müəllim və professor heyətinin qazandıqları nailiyyətlərdən bəhs etmişdir. Gənclərin layiqli vətəndaş kimi yetişmələrində təhsillə bərabər, milli-mənəvi dəyərlərin vacib olmasını qeyd edərək, beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil etmək və həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq kimi vacib missiyaların məhz gənclərin üzərinə düşməsini qeyd etmişdir. Bugünkü Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində üzərinə düşən tarixi vəzifədən bəhs edən sədr müavini, eləcə də qalib Azərbaycan gəncinin hər zaman dövlətinə, xalqına bağlılığını qeyd edərək, gələcək təhsil həyatında gənclərə uğurlar arzu etmişdir.

Sonda yüksək bal toplamış gənclərə təhsil müddətlərində rahat istifadə etməkləri üçün planşetlər və digər qiymətli hədiyyələr verilmişdir.



Xəbər xətti