Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının məlumatına görə, dünyada təxminən 783 milyon insan qida əldə etməkdə problem yaşayır, 50-dən çox ölkədə isə təxminən 47 milyon insan aclıqla üz-üzədir.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Sindi Makkeyn BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) keçirilən sessiyasında qlobal ərzaq böhranından danışıb.
"Müharibə, iqtisadi qarışıqlıq, sürətlənən iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası hər il milyonlarla insanı yoxsulluğa və ümidsizliyə sürükləyir", - Makkeyn bildirib.
Dünya əhalisinin 1/10 hissəsinə uyğun gələn təxminən 783 milyon insanın qidaya çıxış problemi olduğuna diqqət çəkən Makkeyn deyil: “ÜƏP-in hesablamalarına görə, 50-dən çox ölkədə təxminən 47 milyon insan aclıqdan bir addım uzaqda yaşayır”.
Seymur Bənnayev
Sitat.info