2 həftədən çoxdur ki, Çinin müdafiə naziri Li Şanfudan heç bir xəbər yoxdur. İclaslarda iştirak etməyən, kameralar qarşısına keçməyən nazirin taleyi ilə bağlı müxtəlif iddialar var...
ABŞ hökuməti hesab edir ki, Çinin müdafiə naziri Li Şanqfu Pekin administrasiyası tərəfindən araşdırılıb və nazir tutduğu vəzifədən uzaqlaşdırılıb.
Financial Times-ın ABŞ rəsmilərinə əsaslanan xəbərinin dərcindən qısa müddət sonra ABŞ-ın Yaponiyadakı səfiri Rahm Emanuel sosial media hesabında Li-nin “3 həftədir ki, nə göründüyünü, nə də ondan xəbər tutduğunu” söyləyib və nazirin ev dustaqlığında ola biləcəyini deyib.
Son aylarda Çinin xarici işlər naziri Qin Gang da heç bir izahat verilmədən yoxa çıxdı və iyul ayında vəzifəsindən azad edildi.
Çində iyul ayında ölkənin nüvə silahlarına cavabdeh hərbi hissəsi olan Raket Qüvvələrinin komandanlığını da dəyişib. Keçmiş komandir Li Yuchao dəyişiklikdən bir neçə həftə əvvəl ictimaiyyət qarşısında görünməyi dayandırmışdı və rəsmi Sinxua agentliyindən qovulması xəbərləri ilə bağlı da heç bir açıqlama verməmişdi.
Ayna,
Sitat.info