İki rus və bir amerikalı "Soyuz MS-24" ilə kosmosa göndərilib

21:14 15 Sentyabr 2023

Rusiya kosmonavtları Oleq Kononenko və Nikolay Çub və amerikalı astronavt Loral O'Haranın olduğu Rusiyanın "Soyuz MS-24" kosmik gəmisi Qazaxıstanın Baykonur kosmodromundan kosmosa buraxılıb.

Sitat.info xəbər verir ki, Kosmik gəminin orbitə buraxılması anı Rusiya Federal Kosmik Agentliyinin Roskosmos saytında canlı yayımlanıb.

Roskosmos kosmonavtları Oleq Kononenko və Nikolay Çub və ABŞ Aeronavtika və Kosmik Agentliyinin (NASA) astronavtı Loral O'Haranın olduğu Rusiyanın "Soyuz MS-24" kosmik gəmisi Qazaxıstanın cənubundakı Baykonur kosmodromundan GMT vaxtı ilə saat 18:44-də uğurla kosmosa buraxılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti